BFSS AFFA-ya müraciət etdi – Belarusla oyunları boykot edin!

Belarus İdman Həmrəyliyi Fondu (BFSS) bu ölkənin futbol üzrə yığma komandasının UEFA Millətlər Liqasındakı ev oyunlarını boykot etmək üçün Azərbaycan, Slovakiya və Qazaxıstana müraciət ünvanlayıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.

Bu çağırış Belarus rəhbərliyinin xarici siyasəti və Ukraynadakı müharibədə Rusiyaya dəstək verməsi ilə əlaqədardır.

BFSS istəyini sözügedən ölkələrlə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Macarıstan, Serbiya, Gürcüstan, Ermənistan, Moldova, Özbəkistan və Qırğızıstan futbol federasiyalarına da çatdırıb. Fond iyunda Belarus millisi ilə nəinki ölkə daxilində, neytral meydanda belə, heç bir görüş keçirilməməsini xahiş edib.

Azərbaycan millisi Belarusla iyunun 6-da səfərdə, iyunun 13-də isə evdə üz-üzə gəlməlidir. C Liqasının 3-cü qrupunda Slovakiya və Qazaxıstan da yer alıb.

Belarus İdman Həmrəyliyi Fondu ölkədə baş verən siyasi hadisələrə cavab olaraq 2020-ci ildə təsis olunub. Fondun tərkibində ölkənin görkəmli idman funksionerləri və tanınmış idmançıları, olimpiya oyunlarının və digər beynəlxalq yarışların qalibləri və mükafatçıları yer alıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button