Beynəlxalq yarışlardan qovulan Rusiya millisi özünə yeni rəqib tapdı

Rusiyanın futbol üzrə milli komandası Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Oyun noyabrın 20-də Daşkənddə, “Paxtakor” mərkəzi stadionunda keçiriləcək.

Rusiya yığması noyabrda iki yoldaşlıq oyunu keçirəcək. Özbəklərlə oyuna 3 gün qalmış, noyabrın 17-də Valeri Karpinin komandası Düşənbədə Tacikistan millisi ilə qarşılaşacaq.

Rusiya və Özbəkistan yığmaları ilk dəfə üz-üzə gələcək.

Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button