Son 10 ilin ən yaxşı komandaları SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada son 10 ilin 10 ən yaxşı komandasının adını açıqlayıb.

Komanda.az xəbər verir ki, 2011-2020-ci illəri əhatə edən araşdırmaya əsasən, ilk sırada İspaniyanın “Barselona” komandası qərarlaşıb. Kataloniya təmsilçisinin 2877 xalı var. İkinci sırada İspaniyanın digər təmsilçisi “Real” yer alıb. Madridlilər “Barselona”dan 5 xal geridə qalır (2872). Siyahının üçüncü pilləsində isə 2594,5 xalla Almaniya “Bavariya”sıdır.

İlk 10-luq

  1. Barselona (İspaniya) – 2877 xal
  2. Real (İspaniya) – 2782
  3. Bavariya (Almaniya) – 2594,5
  4. PSJ (Fransa) – 2357
  5. Atletiko (İspaniya) – 2302
  6. Yuventus (İtaliya) – 2272
  7. Çelsi (İngiltərə) – 2113
  8. Mançester Siti (İngiltərə) – 2113
  9. Mançester Yunayted (İngiltərə) – 2020
  10. Arsenal (İngiltərə) – 2016
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button