Vaqif Cavadov Avropa çempionatları tarixinə düşdü

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa çempionatlarında debüt edən ən gənc futbolçuların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 11 nəfərlik siyahının 9-cu pilləsində Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadov yer alıb. Cavadov 2006-cı ildə AÇ-2008-in seçmə mərhələsinin Serbiya ilə səfər oyununda (0:1) meydana çıxıb. Keçmiş yarımmüdafiəçinin Avropa çempionatında debütü 17 yaş 100 günlüyündə olub.

Siyahının ilk pilləsində Norveç yığmasının üzvü Martin Odeqard yer alıb. 2014-cü ildə AÇ-2016-nın seçmə mərhələsinin Bolqarıstanla matçında (2:1) meydana çıxan Odeqard həmin vaxt 15 yaş 300 günlük idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button