Beynəlxalq turnirdə dava düşdü, futbolçu öldü

Almaniyanın “Berlin” və Fransanın “Metz” klublarının gənclərdən ibarət komandalarının oyunundan sonra dava düşüb, bir oyunçu ölüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Frankfurtda keçirilən beynəlxalq turnirdə baş verib.

Münaqişə nəticəsində “Berlin”in 15 yaşlı bir futbolçusu ağır yaralanıb və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yerli polisin verdiyi məlumata görə, ağır kəllə-beyin travması alan almaniyalı oyunçu xəstəxanada vəfat edib.

Nəticədə, “Metz”in 16 yaşlı bir futbolçusu bu səbəbdən həbs olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button