
FİDE reytinqi: Məmmədyarov 2 pillə irəlilədi, Rəcəbov…
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı sırada qərarlaşıb. O, iki pillə irəliləyib. Teymur Rəcəbov isə 2765 xalla 10-cu yerdəki mövqeyini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin