Məmmədyarovla Rəcəbov FİDE reytinqində mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2770 xal var. 2765 xalı olan dünya kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Qədir Hüseynov (2665) bir pillə geriləyərək 73-cü olub. 72-cı sırada olan Nicat Abbasov (2664) 3 pillə irəliləyib. Rauf Məmmədovun (2654) isə mövqeyində dəyişiklik olmayıb – 90.
Siyahıda ilk üçlük dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə irəliləyərək 2443 xalla 28-cidir. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 78-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.
Bizi Facebook-da izləyin