Azərbaycanda oynamış futbolçular Latviya tarixinin ən yaxşıları arasında
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Latviya futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, heyətdə Azərbaycanda oynamış iki futbolçu da yer alıb.
Belə ki, keçmiş “Bakı” klubunda çıxış etmiş sabiq yarımmüdafiəçi Andrey Ştoltsers və keçmiş hücumçu Marius Verpakovskis rəmzi heyədə yer alıb.
Ştoltsers 2005/2006, Verpakovskis isə 2011/2012 mövsümündə “Bakı”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin