
Reytinq: Azərbaycan Premyer Liqası 14 pillə irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu il üzrə dünyanın ən güclü liqalarının siyahısını hazırlayıb.
Komanda.az xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahıda 349 xalla 56-cı sıradadır. Ölkə çempionatı 2018-ci illə müqayisədə 14 pillə irəliləyib. 2018-ci ildə Azərbaycan Premyer Liqası reytinq siyahısının 70-ci pilləsində idi.
Azərbaycan Premyer Liqası siyahıda Cənubi Afrika, Belarus, Sloveniya, Gürcüstan, Çili, Zambiya kimi ölkələrin çempionatlarından geridə qalır.
2019-ci ilin statistikasına görə, dünyanın ən güclü futbol liqası İngiltərə Premyer Liqasıdır. Reytinq siyahısında 2-ci Braziliya, 3-cü isə İspaniyadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin