Futbolda 5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.

5 əvəzetmə qaydası ötən ilin mayından koronavirus pandemiyası səbəbindən tətbiq edilməyə başlamışdı. Qərarın bundan əvvəlki istifadə müddəti bu ilin sonuna qədər idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button