
Asim Xudiyevə beynəlxalq təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.
Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin