Nizami Paşayev 10 ildən sonra dünya çempionu adını qazandı

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovu 8 illik diskalifikasiya edib və 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib.

Komanda.az xəbər verir ki, buna səbəb Sedovoun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsidir. Beləliklə, onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl və bir gümüş medal) əlindən alınacaq.

Vladimir Sedov 2009-cu ildə Cənubi Koreyanın Koyanq şəhərində keçirilmiş dünya çempionatında 94 kq-da qızıl medal qazanarkən ikinci yeri azərbaycanlı idmançı Nizami Paşayev tutub. Dopinq testlərinin nəticələrindən sonra 2009-cu ildə keçirilən dünya çempionatının qalibi Paşayev olub. Bu, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının saytında da qeyd olunub.

Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub. Onun aktivində 2001-ci ilin Avropa çempionluğu da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button