Beynəlxalq yarışlara yollanan atletlərlə görüş keçirildi

Azərbaycan Ağır Atletika Federasiyanın (AAAF) rəhbər şəxsləri beynəlxalq yarışlara yollanacaq yığma komandaların üzvləri – idmançılar və məşqçilər, texniki rəsmilər – ilə görüş keçiriblər.

Komanda.az xəbər verir ki, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə AAAF-ın İdarə Heyətinin üzvləri iştirak ediblər.

9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarında, həmçinin 10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələrdən arasinda ağır atletika üzrə Avropa birinciliyində çıxış edəcək atletlərə federasiya prezidentinin tapşırıqları çatdırılıb, yarışlarda uğurlar arzulanıb.

Qeyd olunub ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı nümayiş etdirilir və federasiya da bu siyasətin davamı olaraq atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, onları diqqət mərkəzində saxlayır və bu prosesi bundan sonra da davam etdirmək niyyətindədir. İdmançılar və məşqçilər də bu görüşə görə təşəkkür edib, bunun komandaların mənəvi ruhunun yüksəldilməsi baxımından böyük rol oynadığını, eyni zamanda, yığma komandalarıın inkişafı, beynəlxalq arenada uğurlu çıxışlar göstərilməsi üçün bütün lazımi imkanların yaradıldığını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button