Reytinq: Məmmədyarovla Rəcəbov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2770 xal var. 2765 xalı olan dünya kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Nicat Abbasov (2665) və Qədir Hüseynovun (2665) da mövqeyi dəyişməyib. Onlar müvafiq olaraq 72 və 73-cü sıralarda yer alıb. Rauf Məmmədov isə bir pillə irəliləyərək 2689 xalla 89-cu olub.

Siyahıda ilk üçlük dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 28-cudur. İki pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 80-ci sıradadır. 2376 xalı olan Xanım Balacayeva da 1 pillə geriləyib və 90-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button