Azərbaycan millisinin sabiq baş məşqçisi Pele və Maradona ilə bir komandada

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Cənubi Amerika zonası üzrə 20-ci əsrin rəmzi komandasını açıqlayıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə Dieqo Maradona və Pele ilə birgə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.

Qapıçı: Amadeo Karriso (Argentina);

Müdafiəçilər: Karlos Alberto Torres, Nilton Santos (hər ikisi Braziliya), Daniel Passarella (Argentina), Elias Fiqeroa (Çili);

Yarımmüdafiəçilər: Valdir Pereyra Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina);

Hücumçular: Qarrinça, Pele (hər ikisi Braziliya), Alfredo Di Stefano (Argentina).

Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisində baş məşqçilik edib. Yığma onun rəhbərliyi altında 11 oyunda 8 dəfə məğlub olub. Alberto Torres 2016-cı ildə vəfat edib.