“Beylin Premyer Liqaya dönüşü inanılmaz olardı, amma…”
“Real”ın futbolçusu Qaret Beylin meneceri Conatan Barnett müştərisinin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az “BBC Radio 4”-ə istinadən xəbər verir ki, menecer, adı Premyer Liqa klubları ilə yanaşı çəkilən uelsli futbolçu ilə bağlı bunları deyib:
“Beyl klub səviyyəsində demək olar ki, bütün uğurları qazanıb. Beylin Premyer Liqaya dönüşü inanılmaz olardı, amma hazırda onun bunu istəyəcəyinə inanmıram. Qaret “Real”da çox xoşbəxtdir. Başa düşə bilmirəm ki, niyə karyerasını “Real”da bitirməməsinın lazım olduğunu düşünürlər”.
2013-cü ildən “Real”da çıxış edən 30 yaşlı futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin