Beylin meneceri: “Bu, tamamilə axmaqlıqdır”

“Bavariya”nın icarə əsasında heyətinə qatmaq istədiyi iddia olunan “Real”ın futbolçusu Qaret Beyllə bağlı açıqlama verilib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uelsli futbolçunun meneceri Conatan Barnett, məsələylə bağlı açıqlama verərək, bu iddiaları yalanlayıb:

“Bu, tamamilə axmaqlıqdır. “Bavariya”nın Beyllə bağlı hansısa müraciəti olmayıb”.

“Bavariya”nın “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın planlarında yer almayan Beyli icarə əsasında heyətinə qatmaq istədiyi bildirilir.

2013-cü ildə “Tottenhem”dən “Real”a transfer olunan Beyl, son mövsümdə iştirak etdiyi 42 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button