Beyl: “Deyəsən, “Tottenhem” düzgün yoldadır”

“Tottenhem”in və Uels millisinin sabiq hücumçusu Qaret Beyl London komandasının cari mövsümdəki çıxışı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunun nəticələri haqqında bunları söyləyib:

“Mən bunu bəyəndim. “Tottenhem”ə əla iş görən və klubun simasını dəyişən baş məşqçi gəlib. Deyəsən, komanda düzgün yoldadır və ümid edirəm ki, onlar yaxşı futbol oynamağa davam edəcəklər. Mən nəticələrlə çox maraqlanıram”.

Hazırda “Tottenhem” İngiltərə Premyer Liqasının turnir cədvəlinə 8 matçdan sonra 20 xalla başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button