“Beyl komandada olduğu üçün xoşbəxtəm” – Zidan

İspaniya La Liqasının 5-ci turu çərçivəsində “Levante”ni qəbul edəcək “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az “kral klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis, oyunun çətin keçəcəyini bildirib:

“Çətin oyun olacaq, ümumi vəziyyəti bilirik və bu, bizi narahat edir. Rəqibin bu oyuna hazırlaşmaq üçün 15 günü olub. Zədələr hər il, xüsusilə də, mövsümün əvvlində olur. Bəzi futbolçularımız artıq komandaya qayıdıb, amma 3 nəfər sadəcə bir dəfə məşq edib. Bunlara baxmayaraq, bu oyuna hazırıq”.

Zidan, Qaret Beyl haqqında da danışıb:

“Hər zaman dediyim kimi, o, inanılmaz keyfiyyətlərə sahibdir. Yayda baş verənləri hər kəs bilir. Beyl komandada olduğu üçün xoşbəxtəm. Klub da, onun özü də, eyni zamanda azarkeşlər də xoşbəxtdir”.

“Real” – “Levante” oyunu bu gün, saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button