Beyl “Real” azarkeşləri ilə niyə vidalaşa bilmədi? – Ançelotti açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti uelsli hücumçu Qaret Beylin La Liqanın 38-ci turunda “Betis”lə matçı (0:0) buraxmasının səbəbini açıqlayıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, Beylin özünü yaxşı hiss etmədiyini deyib:

“Beyl “Betis”lə oynamaq və azarkeşlərlə vidalaşmaq istəyirdi, lakin özünü yaxşı hiss etmədi. Onun son şansı var. Çempionlar Liqasının finalına qədər geri dönəcək”.

32 yaşlı uelsli bu mövsüm “Real”ın heyətində 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button