Beto Super Liqa klubundan ayrıldı
Türkiyənin “Göztəpə” klubu portuqaliyalı qapıçısı Beto ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı qolkiper sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, 3 ildir formasını geyindiyi İzmir təmsilçisindən ayrıldığını bəyan edərək hər kəslə vidalaşıb. Beto 2017-ci ildən etibarən Super Liqa təmsilçisinin heyətində 100-ə yaxın rəsmi oyuna çıxıb.
Portuqaliya yığmasının sabiq qapıçısı “Göztəpə”yə Lissabon “Sportinq”indən gəlmişdi. O, karyerası ərzində “Sevilya”, “Braqa”, “Portu”, “ÇFR Kluj”, “Leyksoeş” kimi klubların da uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin