“Betis” və “Atletiko”dan darmadağın

İspaniya La Liqasında 1-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.

“Atletik” – “Malyorka” matçında qapılara qol vurulmayıb. Səfərdə “Xetafe” ilə qarşılaşan “Atletiko” 3 cavabsız qolla qalib gəlib. “Betis” isə “Elçe”ni doğma meydanda oxşar hesabla yenib.

İspaniya La Liqası, 1-ci tur
15 avqust

Atletik – Malyorka 0:0

Xetafe – Atletiko 0:3
Qol: Morata, 15; 59. Qrizmann, 75

Betis – Elçe 3:0
Qol: B.İqlesias, 28. Xuanmi, 39; 60.