“Betis” rəsmisindən “Barselona”nın hücumçusu ilə bağlı açıqlama
“Betis”in idman direktoru Manu Fajardo “Barselona”nın hücumçusu Vitor Rokenin mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi braziliyalı futbolçunu digər namizədlər arasında nəzərdən keçirdiklərini bildirib:
“Vitor Roke? Biz onu digər namizədlər arasında nəzərdən keçiririk. Məqsədimiz ən yaxşı variantı tapmaqdır. Vitorla bağlı qabaqcıl danışıqlar aparmırıq”.
Vitor Roke bu ilin əvvəlində 40 milyon avroya “Atletiko Paranaense”dən “Barselona”ya keçib.
19 yaşlı forvard Kataloniya klubunun start heyətində möhkəmlənə bilməyib, ona görə də, oyun praktikası üçün icarəyə verilə bilər. Onun mümkün satışı ilə bağlı da müzakirələr gedir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin