İspaniya klubu Antoni üçün danışıqlara başlayıb

“Betis” braziliyalı vinger Antoni ilə bağlı “Mançester Yunayted”lə danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Antonini komandanın əsas oyunçularından biri hesab edir və bu səbəbdən, yay transfer dönəmində əsas prioritet onu heyətdə saxlamaqdır.

Braziliyalı futbolçu bu ilin yanvarında icarə əsasında “Betis”ə keçib. O, bu müddət ərzində bütün turnirlərdə 24 oyunda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button