
“Mançester Yunayted” futbolçusunu 25 milyon avroya satmağa razılaşıb
“Mançester Yunayted” braziliyalı vingeri Antoninin transferi ilə bağlı “Betis”lə razılığa gəlib.
25 yaşlı futbolçunun keçidi İspaniya klubuna ümumilikdə 25 milyon avroya başa gələcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Betis” ilkin olaraq 22 milyon avro ödəyəcək, daha 3 milyon isə bonuslar şəklində nəzərdə tutulub. Bundan əlavə, “Mançester Yunayted” oyunçunun gələcəkdəki mümkün satışından 50 faiz pay alacaq.
Daha əvvəl tərəflər transferi razılaşdırsa da, oyunçunun maaşı ilə bağlı fikir ayrılığına görə sözləşmə dondurulmuşdu. Antoni İngiltərə klubunda illik 6 milyon avro qazanırdısa, La Liqada bu məbləğ 4 milyon avro olacaq. Braziliyalı vinger həmin fərqin ödənilməsini tələb etsə də, “Mançester Yunayted” onun maaşını qarşılamaqdan imtina edib.
Antoni ötən mövsümün ikinci yarısını icarə əsasında “Betis”də keçirib və La Liqada 17 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



