“Betis” futbolçusunu ərəblərə icarəyə verdi
“Betis” hücumçusu Xuanmini Səudiyyə Ərəbistanı klubu “Ər-Riyad”a icarəyə göndərib.
Komanda.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onunla 1 illik – 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
Xuanmi 2022/23 mövsümündə La Liqa klubunun heyətində 27 oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.
2023/24 mövsümündən etibarən Kərim Benzema, Nqolo Kante, Ruben Neves, Eduard Mendi, Roberto Firmino, Fabinyo kimi futbolçular karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Kriştiano Ronaldo isə 2022/23 mövsümündən “Əl-Nəsr”də forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin