“Beşiktaş”ın futbolçularına hücum edən azarkeşin cəzası açıqlandı

Türkiyə Super Liqasının “Ankaragücü” – “Beşiktaş” matçında meydana çıxaraq qonaq komandanın futbolçularına hücum çəkən azarkeşin cəzası bəlli olub.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaq komandanın oyunçularını təpikləmiş həmin tərəfdara 1 il 8 aylıq həbs cəzası verilib.

Xatırladaq ki, sözügedən qarşılaşma ötən ilin 4 sentyabrında keçirilmişdi. Matçın final fitindən dərhal sonra bir azarkeş qapı arxasındakı tribunadan meydana qaçaraq “Beşiktaş” futbolçularını təpikləməyə başlamışdı. Berkay adlı həmin azarkeş haqqında 3 ilə qədər həbs tələbi ilə iddia qaldırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button