“Beşiktaş”lı üçün mövsüm bitdi
“Beşiktaş” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin futbolçusu Qari Medel zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Super Liqanın 29-cu turunda keçirilən “Sivasspor”la matçda zədələnən Medel, 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Çilili yarımmüdafiəçi mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Son turda “Sivasspor”u 2:1 hesabıyla məğlub edən “Beşitkaş” 56 xalla 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin