“Beşiktaş”la oyunu səbirsizliklə gözləyirik” – Ozobiç

“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la qarşılaşmasından öncə jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, qarşılaşmanı səbirsizliklə gözlədiklərini dilə gətirib:

“Sabahkı oyunu səbirsizliklə gözləyirik. Yaxşı və sərfəli nəticə əldə etmək istəyirik”.

Bakı təmsilçisi 2-ci təsnifat mərhələsində 2 oyunun nəticəsinə əsasən, Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu məğlub etmişdi.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button