“Beşiktaş”ın sabiq futbolçusu Ancelina Coli ilə eyni filmdə
“Beşiktaş”ın sabiq futbolçusu Con Karyu filmə çəkiləcək.
Komanda.az xəbər verir ki, keçmiş hücumçu “Malefisenta 2” filmində rol alacaq. Filmin əsas qəhrəmanı isə məşhur aktrisa Ancelina Coli olacaq. “Malefisenta 2”-nin bu il təqdim olunacağı gözlənilir.
Karyerası ərzində “Valensiya”, “Roma”, “Lion”, “Aston Villa” kimi klublarda çıxış edən norveçli, 2004/05 mövsümündə “Beşiktaş”ın şərəfini qoruyub. Futbolçu karyerasını bitirdikdən sonra aktyorluğa başlayan Karyu, “Dead of Vinter”, “Heimebane”, “Hovdinqer” kimi filmlərdə rol alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin