“Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi
Növbəti mövsüm Türkiyəni Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Beşiktaş” heyətini gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, “qara qartallar”ın əsas hədəflərindən biri İtaliyanın “Cenoa” klubunun müdafiəçisi Darko Lazoviçdi.
Türkiyə mətbuatının yazdığına görə, hətta İstanbul klubunun prezidenti Fikrət Orman Xorvatiya millisinin də üzvü olan 28 yaşlı futbolçu haqda məlumat toplamaq üçün Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviçə də zəng vurub. Vaxtilə “Beşiktaş”da Slaven Biliçin köməkçisi işləyən Yurçeviçi millimizə təyinatı münasibətilə təbrik edən Ormanın 52 yaşlı mütəxəssisdən Lazoviç barədə məlumat aldığı iddia olunur. Məhz bu telefon danışığından sonra türklərin İtaliya klubu ilə danışıqlara başladığı deyilir.
Qeyd edək ki, Yurçeviç 2013-2015-ci illər aralığında “Beşiktaş”da çalışıb.
Bizi Facebook-da izləyin