“Beşiktaş”ın prezidenti koronavirusa qalib gəldi

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə klub rəhbərindən götürülən sonuncu testin nəticəsinin mənfi çıxdığı diqqətə çatdırılıb. Lakin o, hələ bir müddət də karantində qalacaq.

“Beşiktaş”ın digər rəsmilərindən götürülən koronavirus testlərinin də nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, Ahmet Nur Çebidə koronavirus mayın 13-də aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button