“Beşiktaş”ın iki futbolçusu koronavirusa yoluxub
Türkiyənin “Beşiktaş” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, milli komandaya dəvət alan iki futbolçunun COVİD-19 testi pozitiv çıxıb. Bu barədə Türkiyə millisindən “Beşiktaş”a məlumat daxil olub. Həmin oyunçuların adları açıqlanmayıb.
“Beşiktaş” daha bir futbolçusunu itirib. Bosniya və Herseqovinanın U-21 yığmasına dəvət olunmuş Aydin Hasiç, Monteneqronun gənclərdən ibarət yığması ilə oyunda ciddi zədə alıb. 19 yaşlı futbolçunun zədəsi ağır olduğundan meydanı xərəkdə tərk edib. Onun vəziyyətinə ətraflı tibbi müayinələrdən sonra aydınlıq gələcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin