“Beşiktaş” de Yonq üçün danışıqlara başladı
“Barselona”nın futbolçusu Luk de Yonq karyerasını “Beşiktaş”da davam etdirə bilər.
Komanda.az “Fotomaç”-a istinadən xəbər verir ki, “qara qartallar” niderlandlı hücumçunun müqaviləylə məxsus olduğu “Sevilya” ilə yenidən danışıqlara başlayıb.
İspaniya mətbuatında da qeyd olunub ki, De Yonq mövsümün sonunda Kataloniya klubundan ayrılacaq.
31 yaşlı hücumçu bu mövsüm “Barselona” formasıyla 24 matçda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin