“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
“Beşiktaş”ın futbolçusu Raşid Gezzal əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin ABŞ-da edilən əməliyyatı uğurla yekunlaşıb. Əlcəzairli vinger tez bir zamanda reabilitasiyaya başlayacaq.
Xatırladaq ki, Raşid Gezzal bu mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin