“Beşiktaş”ın futbolçusu mövsümü erkən başa vurdu

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı futbolçusu Duqlasın xidmətindən məhrum olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, ötən gün baş tutan məşqdə ağır zədə alan 29 yaşlı müdafiəçi bu gün tibbi müayinədən keçib.

Müayinə nəticəsində braziliyalı oyunçunun bu mövsüm bir daha meydana çıxmayacağı müəyyənləşib. Klub Duqlasın müalicəsinə start verildiyini də açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button