
“Beşiktaş”ın baş məşqçisi əməliyyat olundu
“Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin səhər saatlarında damar tıxanıqlığından uğurlu əməliyyat keçirdiyi bildirilib. Onun damarlarından birinə stend qoyulub. 53 yaşlı məşqçinin durumunun yaxşı olduğu bildirilib.
Sərgən Yalçın bu ilin yayından “Beşiktaş”a rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


