“Beşiktaş”ı İtaliya klubuna dəyişdi
Futbol üzrə Türkiyə milli komandasının hücumçusu Güven Yalçın “Beşiktaş”dan ayrılıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu bundan sonra İtaliyanın “Cenoa” klubunun uğurları üçün çalışacaq.
Gənc forvard yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, İstanbul təmsilçisindən azad agent kimi ayrıldığı üçün, “Cenoa” “Beşiktaş”a təzminat ödəməyəcək.
Almaniyada dünayaya göz açan, “Bayer”in yetirməsi olan Güven Yalçın 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində bütövlükdə 101 matça çıxıb, 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Futbolçu 2021-ci ildə İtaliyanın “Leççe” klubuna icarəyə də verilmişdi. 2019-cu ildən Türkiyə millisinə də dəvət alan Güven, yığmada cəmi 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin