“Beşiktaş”dan ayrıldı, İtaliya klubuna keçir

Türkiyənin “Beşiktaş” klubu daha bir futbolçusu ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, çilili futbolçu Qari Medel İstanbul təmsilçisi ilə vidalaşıb.

32 yaşlı yarımmüdafiəçi ötən gün komanda yoldaşları ilə görüşərək, klubun düşərgəsini tərk edib. O, bundan sonra karyerasını İtaliyada davam etdirəcək. Medel A Seriyasında mübarizə aparan “Bolonya” ilə anlaşıb. Artıq İtaliyaya yola düşən təcrübəli yarımmüdafiəçi tezliklə yeni klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Medel “Beşiktaş”da iki mövsüm idi çxış edirdi. O, bu müddətdə Türkiyə Super Liqasında 51 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button