“Beşiktaş”dan Avroliqa matçında darmadağın

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha bir matç baş tutub.

Türkiyənin “Beşiktaş” klubu doğma meydanda İspaniyanın “Atletik” (Bilbao) komandasını qəbul edib və 4:1 hesabı ilə qalib gəlib.

İstanbul təmsilçisinin heyətində Milot Raşiça (17, 60), Rafa Silva (77) və Joao Mario (90+2, penalti) fərqlənib. Qonaqların heyətində isə Unai Qomes (45) diqqət mərkəzinə düşüb.

Ole Qunnar Sulşerin baş məşqçisi olduğu kollektiv xallarının sayını 9-a çatdıraraq turnir cədvəlində 18-ci sırada yer alıb. “Atletik” isə 16 xalla ikincidir.

Xatırladaq ki, turun açılış matçında “Qalatasaray” Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə heç-heçə edib – 3:3. Qalan oyunlar sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button