“Beşiktaş”dan 6,5 milyon avroluq transfer – RƏSMİ
Türkiyənin “Beşiktaş” klubu geridə qalan mövsümün əvvəlində icarəyə götürdüyü Adem Lyayiçi birdəfəlik transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, müqavilə ilə İtaliyanın “Torino” klubuna məxsus olan 27 yaşlı futbolçunun transfer hüquqları alınıb. “Qara qartallar” bunun müqabilində İtaliya təmsilçisinə 6,5 milyon avro təzminat ödəyəcək.
Xatırladaq ki, “Beşiktaş” Lyayiçi ötən yay bir mövsümlük icarəyə götürmüşdü. O, geridə qalan mövsümdə İstanbul təmsilçisinin heyətində 27 Super Liqa matçına çıxıb və 9 qola imza atıb.
Serbiya yığmasının da şərəfini qoruyan Lyayiç, “Torino”dan öncə ölkəsində “Partizan”ın, İtaliyada isə “Fiorentina”, “Roma” və “İnter” klublarının formasını geyinib.
Bizi Facebook-da izləyin