“Beşiktaş”da yeni yarımmüdafiəçi

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sivasspor”un gənc yarımmüdafiəçisi Kerem Atakan Kesgini heyətinə qatıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

Türkiyə mətbuatının məlumatına görə, “Beşiktaş” yeni transferi üçün “Sivasspor”a 1.4 milyon avro ödəyib. Sivas klubu isə onu 2020-ci ildə “Göztəpə”dən azad agent kimi heyətinə qatmışdı.

Kerem Atakan Kesgin “Bucaspor”un yetirməsidir. O, 2018-ci ildə “Göztəpə”yə keçsə də, burada əsas heyət oyunçusuna çevrilə bilməyib. O, Sivas təmsilçisində keçirdiyi ilk mövsümdə 5 oyuna çıxsa da, fərqlənə bilməyib. Ötən mövsüm isə yarımmüdafiəçi 25 oyunda iştirak edib, 3 qola imza atıb. Türkiyənin U-21 yığmasının üzvü cari mövsümdə də 4 oyuna çıxıb.

“Beşiktaş” öz yetirməsi olan 2 gənc futbolçu ilə də peşəkar müqavilə imzalandığını açıqlayıb. Hər ikisi yarımmüdafiəçi olan Halil Çiçek və Berkay Kençtemur 2024/24 mövsümünün sonuna qədər olan müqaviləyə imza atıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button