“Beşiktaş”da yeni hücumçu
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Vensan Abubakarın “Beşiktaş”a gözlənilən keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
30 yaşlı kamerunlu futbolçu ilə 2.5+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Abubakar 2021-ci ilin yayından Səudiyyə Ərəbistanı klubunda çıxış edirdi. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Abubakar əvvəllər də “Beşiktaş”da oynayıb – 2016-2017-ci illərdə (icarə əsasında) və 2020/21 mövsümündə.
Kristiano Ronaldonun “Əl-Nəsr”ə transferindən sonra Abubakarın komandadan ayrılacağı barədə xəbərlər yayılmağa başlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin