“Beşiktaş”da derbi öncəsi daha bir ciddi itki
“Beşiktaş” Türkiyə Super Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı “Fənərbaxça” ilə oyundan öncə daha bir ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin serb yarımmüdafiəçisi Adem Lyayiç zədələnib.
O, son məşqlərin birində sıradan çıxıb. Bu üzdən də “qara qartallar”ın derbi üçün açıqlanan heyətində Lyayiçin də adına yer verilməyib.
Bununla da “Beşiktaş”da derbi öncəsi itkilərin sayı 6-ya çatıb. Qeyd edək ki, koronavirusa yoluxan Adem Hasiç və Domaqoy Vida ilə yanaşı, cəzalı Dorukhan Toköz və Ersin Destanoğlu, həmçinin zədədən əziyyət çəkən Gökhan Töre də növbəti matçı buraxmalı olacaq.
“Beşiktaş” Super Liqanın 10-cu turu çərçivəsində noyabrın 29-da “Fənərbaxça”nın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin