“Beşiktaş”da ciddi itki
“Beşiktaş” klubunun heyətində ciddi itki baş verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vensan Abubakar sıradan çıxıb.
Kamerunlu forvard Afrika Millətlər Kubokundan zədəli qayıdıb. Onun üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Abubakar bu mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin