
“Beşiktaş”da ciddi itki
“Beşiktaş”ın müdafiəçisi Tayyip Talha Sanuç uzun müddətə sıradan çıxıb.
Komanda.az xəbər verir ki, 23 yaşlı futbolçu ötən gecə Super Liqanın 27-ci turu çərçivəsində 4:2 hesabıyla məğlub etdikləri “Fənərbaxça” ilə səfər matçında zədələnib.
Derbinin əvvəlindəcə dizindən zədə alan oyunçu matçı davam etdirə bilməyib və meydanı xərəkdə tərk edib. Diz bağları qopan futbolçunun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Sanuç bu mövsümün əvvəlindən formasını geyindiyi “Beşiktaş”da 22 oyuna 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin