“Beşiktaş”da baş məşqçi istefası reallaşa bilər – bu gün
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Sərgən Yalçın vəzifəsindən ayrılır.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis klub prezidenti Ahmet Nur Çebi ilə bugünkü görüşdə istefa ərizəsini təqdim edəcək. Klub rəhbərliyi Sərgənin istefasını qəbul edərsə, onunla yollar ayrılacaq.
Sərgən Yalçının istefa vermək istəyinin səbəbi “Beçiktaş”ın cari mövsümdə uğursuz çıxış etməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin