“Beşiktaş”da ayrılıq
Türkiyənin “Beşiktaş” klubu qapıçısı Loris Karius ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, almaniyalı qapıçı İstanbul təmsilçisi ilə müqaviləsinə xitam verib.
Buna klubun ona olan borcunu ödəməməsi səbəb göstərilir. “Beşiktaş” bu borcu mərhələli şəkildə ödəmək üçün futbolçuya təklif göndərsə də, o, bunu qəbul etməyib. Türkiyə mətbuatının yazdığına görə, Karius 1.6 milyon avroluq alacağı ilə bağlı hətta FİFA-ya da şikayət edib.
Mübahisəli vəziyyətlə əlaqədar müqaviləsinə birtərəfli qaydada xitam verən 26 yaşlı qolkiper, məxsus olduğu “Liverpul”a qayıdacaq.
“Beşiktaş”ın 2018-ci ildə 2.5 milyon avroya 2 illik icarəyə götürdüyü Karius, İstanbul klubunda ilinə 1,5 milyon avro qazanırdı. Almaniyalı qapıçı bu komandada meydana çıxdığı 67 oyunda 95 qola üzülüb.
Bizi Facebook-da izləyin