“Beşiktaş”da 8 nəfər koronavirusa yoluxdu – rəsmi

Türkiyənin “Beşiktaş” klubunun futbolçuları, texniki heyəti və işçiləri ikinci dəfə koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Edilən testlər nəticəsində 8 nəfərdə koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan şəxslərin müalicəsi başladılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button