
“Beşiktaş” yeni transferini açıqladı
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Türkiyənin 1-ci Liqa klubu “Karagümrük”dən Can Keleşlə anlaşıb.
“Beşiktaş” 22 yaşlı futbolçunu tibbi müayinədən keçirib. Onunla 4 illik müqavilə imzalanıb.
İstanbul nəhəngi bu transfer üçün 2,75 milyon avrosundan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin